Bakının Zığ şossesində baş verən qəzadan sonra 175 nömrəli maşrut xətti “BakuBus”a həvalə edildi.
Minval.info xəbər verir ki, köhnə nəqliyyat vasitələri sözügedən şirkətin avtobusları ilə əvəz olundu.
Lakin yenicə avtobusların dəyişdirilməsinə baxmayaraq, xoşagəlməz mənzərə meydana çıxıb. Belə ki, nəqliyyat vasitəsinin oturacaqlarında bəzi sərnişinlər artıq “sənət əsərlərini” qeyd etməyə başlayıb. Bunu edənin niyyəti anlaşılan olmasa da, deyəsən, yenidən köhnə avtobus üçün darıxdığını çatdırmaq istəyir.
Qeyd edək ki, ölkəmizdə bu xoşagəlməz mənzərə adi hal alıb. Bəzilərinin hətta ayaqyollarında əlləri dinc durmur. Platik qapıların üzərində müxtəlif yazılarla imzalarını qoymağı özlərinə sanki borc bilirlər.
S.M
Minval.info



































