Bakıda yay mövsümünün son konsert coşqusu
Bakıda yay mövsümünün son konsertləri şəhərin müxtəlif park və istirahət məkanlarında keçirilib. Nərimanov rayonundakı yeni park, Yasamal rayonundakı ‘Meşə’, Nizami rayonundakı Heydər Əliyev, Xətai rayonundakı ‘Nizami Gəncəvi’ və Səbail rayonundakı Mərkəzi Nəbatat parklarında təşkil olunan açıq hava konsertləri paytaxt sakinlərinin böyük marağına səbəb olub.
Minval.info xəbər verir ki, konsertlər Bakı şəhər və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə baş tutub. Bu həftəsonu artıq dördüncü dəfədir ki, paytaxtın bu beş istirahət məkanında kütləvi konsert proqramları təşkil edilib. Konsertlərdə peşəkar və gənc ifaçılar, müxtəlif musiqi qrupları iştirak edərək xalq, milli və xarici estrada, klassik musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar təqdim ediblər.
Mərkəzi Nəbatat bağında isə təcrübəli pedaqoqlar uşaqlara ustad dərsləri keçiblər. Bu tədbirlər paytaxt sakinlərinin asudə vaxtlarını mənalı və rahat keçirmələri üçün hər cür şərait yaradılan məkanlarda baş tutub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım