“Space” Tv-də Amil Xəlilin təqdimatında  yayımlanan “Olar? Olmaz!” verilişində daha bir faktın üstü açılıb. 

Minval.info xəbər verir ki, verilişə müraciət edən vətəndaşlardan biri şirniyyat mağazasından  bir neçə məhsul aldığını və həmin şirniyyatların 6 gündən sonra eynən təzə kimi qaldığını bildirib.

Məlum olub ki, bəzi işbazlar şirniyyatların günlərlə qalmasına görə “Nitrat” adlanan maddədən istifadə edirlər. Əksər insanlar belə şirniyyatları qəbul etdikdən sonra ya zəhərlənir, ya da əksər hallada mədə ağrısından əziyyət çəkir.

Bir neçə mağazalara baş çəkən Amil Xəlil daha sonra Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla görüşüb. Məlum olub ki, tək “Nitrat” maddəsindən yox 200-ə yaxın maddənin birindən istifadə etməklə belə qidalları günlərlə saxlamaq mümkündür.

Həmin anları sizə təqdim edirik:

Amil Xəlilin təqdimatında yayımlanan “Olar? Olmaz!” verilişinin informasiya dəstəyi “Minval.info” saytına məxsusdur.