
Minval.İnfo “Report”a istinadən xəbər verir ki, yanğın taksi fəaliyyəti ilə məşğul olan “10-TD-109” maşının mühərrik hissəsində qəfil alışma nəticəsində baş verib.
Əraziyə FHN-in Yanğın Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Alovun avtomobilin benzin çəni hissəsinə keçməsinin qarşısı alınıb. Avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Xəsarət alan olmayıb.
Hadisə nəticəsində yolda sıxlıq yaranıb.


































