Bakıda qanunsuz klinikaların hiylələri: Tibbi təhsil olmadan stomatoloq xidməti?
Bakıda qanunsuz fəaliyyət göstərən klinikalarla bağlı qalmaqal yaşanıb. Nərimanov rayonu ərazisində yerləşən “Laçın Dental Clinic”də tibbi təhsili olmadığı iddia edilən Aytən Verdiyeva adlı şəxsin stomatoloji xidmət göstərməsi ilə bağlı şikayət daxil olub.
Minval.info xəbər verir ki, məsələni araşdırmaq üçün çəkiliş qrupu klinikaya yollanıb. Klinika daxilində müxbir Aytən Verdiyeva tərəfindən müayinə edilib və ondan tibbi təhsili barədə məlumat tələb olunub. Lakin Verdiyeva suallara cavab verməkdən imtina edib və çəkiliş qrupunu otağından çıxarıb.
Çəkiliş qrupu daha sonra “Dental Butik” estetik klinikasına gedib. Burada da qanun çərçivəsində fəaliyyət göstərildiyi bildirilsə də, tibbi təhsili təsdiqləyən sənədlər təqdim edilməyib. Klinikanın əməkdaşı “Bura qanunla işləyən yerdir. Hazırda həkim burada deyil” deyərək suallara cavab verməkdən imtina edib. Müxbir həkimin klinikada olduğunu bildirdikdə isə qeydiyyatçı xanım “Mənə qanun maraqlı deyil” deyib.
Səhiyyə Nazirliyinə sorğu göndərilib və qurumdan bildirilib ki, Aytən Novruz qızı Verdiyeva və Aynur Dəmirova adlı şəxslər tibb işçilərinin vahid reyestrində qeydiyyatda deyil. Həmçinin “Laçın Klinikası” və “Dental Butik” adlı özəl tibb müəssisələrinin Analitik Ekspertiza Mərkəzinin e-sistemində mövcud olmadığı təsdiqlənib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım