Bakıda qadın voleybol çempionatı start götürdü
Bu gün Bakıda qadın voleybolçular arasında Avropa çempionatının açılış mərasimi keçirilib. Tədbir Milli Gimnastika Arenasında baş tutub və şou proqramla başlayıb.
Minval.info xəbər verir ki, açılış matçında Azərbaycan və Portuqaliya komandalarının bayraqları meydançaya gətirilib və hər iki ölkənin himnləri səsləndirilib. Bu gün saat 19:00-da başlayacaq oyunla çempionatın C qrupunun oyunlarına start veriləcək.
Bakıdakı oyunlar avqustun 28-nə qədər davam edəcək və çempionat sentyabrın 6-na qədər Azərbaycan, Türkiyə, İsveç və Çexiyanın ev sahibliyi ilə keçiriləcək. Faiq Qarayevin baş məşqçi olduğu Azərbaycan komandası C qrupunda Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə mübarizə aparacaq. Reqlamentə əsasən, qruplarda ilk 4 yeri tutan komandalar pley-off mərhələsinə yüksələcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım