Bakının Yasamal rayonunda maraqlı hadisə qeydə alınıb.

“Ölkə.Az”ın hadisə yerində olan əməkdaşının xəbərinə görə, qadın sürücü idarəetdiyi avtomobillə səkiyə dırmaşıb və digər sürücülərin hərəkətinə mane olub.

Məlum olub ki, Şərifzadə küçəsində döngəyə girmək istəyən xanım sürücü idarəetməni itirb və avtomobil səkiyə dırmaşıb.

Ətrafdakı insanların köməyi ilə avtomobili səkidən endirmək mümkün olub. Sözügedən kadrları oxucularımıza təqdim edirik.