Stilist Samiraldo öz avtomobili ilə tıxacda olan zaman digər sürücü ilə mübahisə edib.

Minval.info xəbər verir ki, Bakı küçələrinin birində sükan arxasnda əyləşən məşhura əli toxunan şəxs onu bərk qorxudub. Stilist bu zaman bərk səksənib və buna qəzəblənib. Samiraldo özünəməxsus tərzdə həmin şçəxsə cavab verib.

“Üstümə niyə gəlirsən? Görürsən, yol yoxdur. Bu nə hərəkətdir? Başları xarabdır e, camaatın. Dəlidir e, bu” – Stilist deyib.

Ardınca Samiraldo ilə avtomobilinin yanında dayanan nəqliyyat vasitəsinin sürücüsüylə arasında yüngül mübahisə yaşanıb.

Minval.info