Bakıda “Simit Sarayı” kafesində qızın pulqabısını oğurlayıblar. 

Minval.info xəbər verir ki, hadisə Sara Abbasova adlı xanımın başına gəlib.

Zərərçəkmişin sözlərinə görə, hadisə 24 iyulda baş verib:

“Pulqabının içində iki bank kartı, 110 manat və 280 türk lirəsi var idi. Məbləğ elə də böyük deyil, ancaq o öz cəzasını almalıdır”.

S.Abbasova həmçinin bildirib ki, artıq polisə müraciət edib:

“Dörd gündür ki, polis onu axtarır. Bəlkə kimsə onu görüb. Kömək edin” – deyə o, sosial şəbəkə istifadəçilərindən xahiş edib.

/