Bakıda mənzillər bahalaşdı

2017-ci ilin dekabr ayında Bakıda mənzillərin qiymətində bahalaşma qeydə alınıb.
Minval.İnfo xəbər verir ki, bunu “Trend”ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
N.İbrahimov bildirib ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində artım 2.51 faiz olub. İllik müqayisədə isə təkrar mənzil bazarında qiymətlər aşağı düşüb. Belə ki, il ərzində qiymətlərdə 3.54 faiz azalma müşahidə olunub.
Ekspert ay ərzində ilkin mənzil bazarında da qiymətlərin artdığını qeyd edib. Onun sözlərinə görə, ilkin mənzil bazarında ay ərzində 0.27 faiz artım, il ərzində isə 7.75 faiz azalma olub.
N.İbrahimov vurğulayıb ki, 2017-ci ilin dekabr ayı ərzində ümumi daşınmaz əmlak bazarında qiymətlərdə 0.77 faiz artım, il ərzində isə 3.46 faiz azalma olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır