Bakıda klinikada qalmaqal: Qanunsuz həkimlər və "qanun maraqlı deyil" deyən işçilər
Bakının Nərimanov rayonunda yerləşən “Laçın Dental Clinic”də tibbi təhsili olmadığı iddia edilən Aytən Verdiyevanın stomatoloji xidmət göstərməsi ilə bağlı şikayət daxil olub.
Minval.info xəbər verir ki, Baku TV-nin çəkiliş qrupu məsələni araşdırmaq üçün klinikaya gedib. Müxbir Aytən Verdiyeva tərəfindən müayinə edildikdən sonra ondan tibbi təhsili ilə bağlı məlumat istəyib. Lakin Verdiyeva suallara cavab verməkdən imtina edərək çəkiliş qrupunu otağından çıxarıb.
Çəkiliş qrupu daha sonra Aynur Dəmirovanın fəaliyyət göstərdiyi “Dental Butik” estetik klinikasına yollanıb. Klinikanın qanun çərçivəsində fəaliyyət göstərdiyi bildirilsə də, tibbi təhsili təsdiq edən sənədlər təqdim edilməyib. Klinikanın əməkdaşı “Bura qanunla işləyən yerdir. Hazırda həkim burada deyil” deyib. Müxbir isə həkimin klinikada olduğunu bildirdikdən sonra, qeydiyyatçı xanım “Mənə qanun maraqlı deyil” ifadəsini işlədib.
Səhiyyə Nazirliyinə müraciət edildikdə, Aytən Novruz qızı Verdiyeva və Aynur Dəmirova adlı şəxslərin tibb işçilərinin vahid reyestrində qeydiyyatda olmadığı bildirilib. Həmçinin, “Laçın Klinikası” və “Dental Butik” adları ilə heç bir özəl tibb müəssisəsinin Analitik Ekspertiza Mərkəzinin e-sistemində mövcud olmadığı açıqlanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım