Bakıda dəbdəbəli toyda Kutsi səhnəyə çıxdı
Bakının tanınmış “Gülüstan” Sarayında keçirilən möhtəşəm toy mərasimi sosial şəbəkələrdə böyük səs-küy yaradıb. Bu tədbir, iştirakçıların və məşhurların sayəsində diqqət mərkəzinə çevrilib.
Minval.info xəbər verir ki, toyun xüsusi qonaqları arasında Türkiyənin sevilən müğənnisi Kutsi də yer alıb. O, bəy və gəlin üçün “İlanı Aşk” mahnısını ifa edərək iştirakçılara unudulmaz anlar yaşadıb.
Tədbirdə iştirak edən Azərbaycanın tanınmış sənətçilərindən xalq artistləri Röya Ayxan və Samir Cəfərov, eləcə də Əməkdar artist Sevda Ələkbərzadə səhnədə çıxış ediblər. Reper Elşad Xose də öz performansı ilə qonaqları əyləndirib.
Gecənin aparıcılığını isə tanınmış Əməkdar artist Nərgiz Cəlilova həyata keçirib, onun peşəkar aparıcılığı tədbirin ahəngini daha da artırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Malayziya Türkiyənin turizm təcrübəsindən faydalanmaq istəyir
Bosniya seçkiləri: etnik gərginlik və Rusiya təsiri
Bakıda yaşıllıq artırmaq planı: ağac yetişdirmək çətinləşir
Yəmən ordusu: Cənub cəbhələrində 260 husi döyüşçüsü məhv edilib
İspaniyada mənzil böhranı erkən seçkilərə səbəb ola bilər