24.08.2026 - 09:53
Maqazin 26 baxış

Bakı parklarında axşam konsertləri coşqusu!

Bakıda müxtəlif park və istirahət məkanlarında axşam konsertləri təşkil edilib. Bu konsertlər Xətai rayonundakı “Nizami Gəncəvi”, Nərimanov rayonundakı yeni park, Yasamal rayonundakı Meşə, Nizami rayonundakı Heydər Əliyev və Mərkəzi Nəbatat parklarında keçirilib.

Minval.info xəbər verir ki, konsertlər Bakı şəhər və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə baş tutub. Ötən gün paytaxt sakinlərinin və şəhərin qonaqlarının sevimli istirahət yerlərində kütləvi konsert proqramları təqdim edilib.

Axşam konsertlərində peşəkar və gənc ifaçılar, müxtəlif musiqi qrupları iştirak edib. Xalq, milli və xarici estrada və klassik musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar səsləndirilib. Mərkəzi Nəbatat bağında isə təcrübəli pedaqoqlar uşaqlara ustad dərsləri keçiblər.

Qeyd edək ki, bu konsert proqramlarının keçirildiyi park və istirahət bağları paytaxt sakinlərinin ən çox üz tutduğu istirahət məkanları sırasındadır. Axşam konsertlərinin gələn həftənin şənbə günü də təşkil ediləcəyi bildirilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: