Bakı nəqliyyatında inqilab: Yeni avtovağzallar şəhərə nə vəd edir?
Bakı şəhərində yeni avtovağzalların tikilməsi və nəqliyyat axınlarının daha səmərəli idarə olunması məsələsi gündəmdədir. Böyük şəhərlərdə nəqliyyat sisteminin effektivliyi yalnız infrastrukturun miqyası ilə deyil, sərnişin axınlarının düzgün bölüşdürülməsi ilə də bağlıdır.
Minval.info xəbər verir ki, nəqliyyat və logistika üzrə ekspert Rauf Ağamirzəyev Bakının nəqliyyat sistemindəki mövcud vəziyyəti dəyərləndirərək, şəhərdəki əsas nəqliyyat qovşaqlarının yerləşmə xüsusiyyətlərinin sərnişinlərin mərkəzi nöqtələrə yönəlməsinə səbəb olduğunu bildirib. Bu isə həm qovşaqların, həm də onlara aparan yolların yüklənməsinə gətirib çıxarır.
Ekspertin fikrincə, Bakıda yeni şəhərlərarası avtobus və dəmiryol qovşaqlarının yaradılması sərnişin axınlarının daha səmərəli şəkildə bölüşdürülməsinə və nəqliyyat əlçatanlığının artırılmasına xidmət edə bilər. Bu yanaşma, şəhərin mərkəzi və şərq hissələrində əlavə qovşaqların yaradılmasını və nəqliyyat infrastrukturunun şəhərin məkan strukturu ilə uyğunlaşdırılmasını nəzərdə tutur.
ƏLAQƏLİ
Azərbaycanın dağlıq rayonlarında təbiət şousu: Şimşək, leysan və küləyin rəqsi!
Bu modelin uğurlu tətbiqi üçün Kiyev təcrübəsindən nümunə götürülə bilər. Orada avtobus qovşaqlarının dəmiryol vağzallarına yaxın yerləşməsi sərnişinlər üçün nəqliyyat növləri arasında keçidi asanlaşdırır. Bakı üçün də belə bir yanaşma, sərnişinlərin şəhərin müxtəlif istiqamətlərinə daha rahat çatmasını təmin edə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Balakəndə üç avtomobilin toqquşması: Ölümcül qəzanın detalları ortaya çıxdı