Bakı axşamlarının musiqi sehri: parklar canlı konsertlərlə canlanır
Bakı şəhərində axşam saatlarında təşkil olunan konsertlər davam edir. Bu tədbirlər Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyətlərinin birgə təşəbbüsü ilə həyata keçirilir və paytaxt sakinlərinin asudə vaxtlarının daha səmərəli keçirilməsinə xidmət edir.
Minval.info xəbər verir ki, ötən gün paytaxtın dörd fərqli rayonunda yerləşən istirahət parklarında axşam konsertləri baş tutub. Xətai rayonundakı “Nizami Gəncəvi” parkı, Nərimanov rayonundakı “Gənclik” metro stansiyasının yaxınlığındakı parkın amfiteatrı, Yasamal rayonunun Meşə parkı və Nizami rayonundakı Heydər Əliyev və Mərkəzi Nəbatat parkı bu tədbirlərə ev sahibliyi edib.
Bu parklar, paytaxt sakinlərinin ən çox ziyarət etdiyi istirahət məkanları arasında yer alır. Burada geniş yaşıllıq sahələri, istirahət guşələri və uşaq əyləncə meydançaları ilə hər yaşdan olan ziyarətçilər üçün cəlbedici şərait yaradılıb. Gün ərzində uşaqlar oynayır, ailələr piknik edir, gənclər və yaşlılar isə təmiz hava və sakit mühitdən zövq alırlar.
ƏLAQƏLİ
Toyuna günlər qalmış faciə: Balakəndə gənc və ailəsi qəzada həlak oldu
Konsertlərdə estrada, xalq və klassik musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar təqdim olunub. Peşəkar və gənc ifaçılar, musiqi qrupları canlı ifaları ilə tamaşaçıları heyran edib. Rəngarəng repertuar və xoş atmosfer parklara gələnlərə unudulmaz axşamlar yaşadıb. İfaçıların çıxışları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Sakinlər, xüsusilə uşaqlar və gənclər, musiqi sədaları altında rəqs edərək əyləniblər. Axşam konsertləri gələn həftənin şənbə günü də davam edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Toyuna günlər qalmış faciə: Balakəndə gənc və ailəsi qəzada həlak oldu
Məşhur müğənninin qardaşı aayda-da yüksək vəzifəyə təyin olundu
Oğlunu hərbi xidmətdə ziyarət etdi
Boşansalar Ronaldo Corcinaya nələr verəcək? - Müqavilənin detalları
Məşhur amerikalı aktrisa Hayden Panettiere 36 yaşında vəfat edib