31.07.2026 - 11:47
İqtisadiyyat 19 baxış

AZAL Tbilisi və İstanbula reyslərin sayını artırıb

Azərbaycan Hava Yolları (AZAL) avqustun 4-dən sentyabrın 30-dək Bakı-İstanbul marşrutu üzrə həftəlik reyslərin sayını 17-dən 21-ə, avqustun 2-dən 30-dək isə Bakı-Tbilisi marşrutu üzrə reyslərin sayını 42-dən 46-ya artırıb.

Minval.info xəbər verir ki, bu artım sərnişin tələbatının yüksəlməsi ilə əlaqədar həyata keçirilib. Əlavə reyslər, səyahətlərin daha rahat planlaşdırılmasına və uçuş seçimlərinin genişlənməsinə imkan tanıyacaq.

AZAL, sərnişin axınını mütəmadi olaraq təhlil edərək uçuş proqramını bazarın ehtiyaclarına uyğun şəkildə optimallaşdırmağa davam edir. Aviaşirkət, marşrut şəbəkəsinin inkişafı, donanmanın müasirləşdirilməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində tədbirlər görərək sərnişinlər üçün daha əlçatan və rahat səyahət imkanları yaratmağı hədəfləyir.

Aviabiletləri rəsmi www.azal.az saytından, AZAL mobil tətbiqindən, aviaşirkətin kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.

Minval.info

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: