Model Tamilla Həmidova maraqlı fotosessiya etdirib.
“Minval.info” xəbər verir ki, Tamilla obyektiv qarşısına keçərək fərqli tərzdə toy şəkilləri çəkdirib.
O, açıq-saçıq fotolarını şəxsi “Instagram” hesabında yayımlayıb.
Aktrisanın bu görüntüləri müzakirələrə səbəb olub. Modelin fotoları qısa zamanda yüzlərlə insan tərəfindən bəyənilib.
Xatırladaq ki, Tamilla Həmidova “Miss Baku 2012” müsabiqəsinin qalibidir.
“Minval.info”















































