Azərbaycanın dağlıq rayonlarında təbiət şousu: Şimşək, leysan və küləyin rəqsi!
Avqustun 9-u axşam saatlarından etibarən Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında şimşək və yağış müşahidə olunur. Yağıntılar leysan xarakterlidir və müxtəlif bölgələrdə fərqli miqdarda qeydə alınıb.
Minval.info xəbər verir ki, Gədəbəydə yağıntının miqdarı 17 mm, Daşkəsəndə 14 mm, Ağstafa və Göygöldə 9 mm, Şəmkirdə 7 mm, Gəncədə 6 mm, Tovuzda 4 mm, Şəkidə 2 mm, Tərtər, Yevlax, Ceyrançöl, Şahdağ və Naftalanda isə 1 mm təşkil edir.
Bəzi bölgələrdə şimal-qərb küləyi güclənib. Culfa və Mingəçevirdə küləyin sürəti 21 m/s, Naftalanda 18 m/s, Şabranda 17 m/s, Bakıda və Abşeron yarımadasında isə 15 m/s-yə çatır.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39 dərəcə, Aran rayonlarında 40 dərəcə, Naxçıvan MR-da 38 dərəcə, dağlıq rayonlarda isə 27 dərəcəyədək isti olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım