Azərbaycan Müd
afiə Nazirliyi Ermənistan Silahlı Qüvvələri bölmələrinin dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində hücum cəhdinin tamamilə iflasa uğradığını bəyan edib.
Minval.info xəbər verir ki, bu barədə Report-a nazirlikdən məlumat verilib.
“Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və növbəti dəfə rəsmi Yerevanın təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib”, – nazirlikdən bildirilib.


































