“Azad Azərbaycan” kanalının koronavirusa yoluxan işçiləri danışıb.
BAKU.WS xəbər verir ki, Xəbərlər Departamentinin müxbiri Mahmud Rövşənoğlu koronavirusa yoluxduqdan sonra temperaturunun artdığını bildirib.
Onun sözlərinə görə, iki gündür, müalicəsini davam etdirir: “Nəfəs darlığı və qızdırma simptomları məndə yoxdur. Şükür, özümü yaxşı hiss edirəm”.
Digər əməkdaş Heydər Məmmədov da karantindədir. O bildirib ki, baş ağrıları olduğu üçün həkim çağırıb və test verib.
Nəticələri pozitiv çıxan Heydər Məmmədov insanlara özlərini bu virusdan qorumağı tövsiyə edib.

































