07.10.2026 - 09:22
Almaniyada keçmiş kəşfiyyat rəisinin Azərbaycana məlumat ötürdüyü iddia edilir
Dünya 4 baxış

Almaniyada keçmiş kəşfiyyat rəisinin Azərbaycana məlumat ötürdüyü iddia edilir

Almaniyanın keçmiş kəşfiyyat rəisi Avqust Hanninq casusluq ittihamı ilə həbs olunaraq diqqət mərkəzinə düşüb. O, Azərbaycan kəşfiyyatı üçün analitik hesabat hazırlamaqda ittiham edilir.

Minval.info xəbər verir ki, “Der Spiegel” nəşri bu barədə məlumat yayıb. İddialara görə, Hanninq Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş aparat rəhbəri vasitəsilə naməlum “gizli” sənədləri əldə edib və bu sənədlərdən hesabat hazırlamaq üçün istifadə edib. Prokurorluğun məlumatına əsasən, bu hesabat “xarici kəşfiyyat təhlükəsizlik aparatının əməkdaşına” göndərilməli idi və bu şəxs Azərbaycan kəşfiyyat zabiti idi.

Hanninq 1998-2005-ci illərdə BND-yə rəhbərlik edib. Sonradan Almaniya Daxili İşlər Nazirliyində dövlət katibi vəzifəsinə yüksələn Hanninq, daha sonra sahibkarlıq fəaliyyətinə başlamışdı.

Keçmiş kəşfiyyat rəisi ilə bağlı araşdırma 2025-ci ilin sentyabrında onun evində və ofislərində aparılan axtarışlardan sonra başlayıb. Bu axtarışlar, iş adamı Kristina Blokun uşaqlarının oğurlanması iddiası ilə bağlı başqa bir işin tərkib hissəsi kimi həyata keçirilib. Polis tərəfindən müsadirə olunan materiallar arasında Almaniya kəşfiyyatının məxfi sənədlərinin olduğu elektron yaddaş cihazı aşkar edilib.

Materiallar federal orqanlara təhvil verildikdən sonra, 2026-cı ilin may ayında Baş Prokurorluq Hanninq və kəşfiyyat xidməti daxilində məlumatın mənbəyi olduğu iddia edilən şəxslə bağlı araşdırma başladıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: