К содержанию

“Ailəmizin banka qoyduğu pul 2 milyondan çox olub” “DəmirBank”dan şikayətçi

>

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilənlər – “DəmirBank”ın Bayıl filialının müdiri Fərəh Rəşadətli, xəzinadar Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin məhkəməsi keçirilib.

Minval.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə zərərçəkmiş Əzizə Axundova ifadə verib.

O bildirib ki, F. Rəşadətlinin qohumudur: “Bankdan şikayətçiyəm, əvvəl 400 min əmanət qoyduq, ümumi 1 milyon 115 min manat idi. 2015-ci ilin aprelində dollara çevirdik, oktyabr ayına kimi faizi aldım. Sonra isə ala bilmədik. Maraqlandım, Fərəh dedi bankda problem var, verəcəyik. Sonra pulumuzu götürmək istədik, o da uzandı. Biz də bankdan şikayət etdik, rəhbərlik də işi Fərəh xanımın üstünə atdı. Mən Fərəh xanımdan şikayət etməmişəm. Müqaviləni Fərəh xanımla bağladıq, çünki qohumumuz idi deyə onu seçdik. Onun bacısı bizim gəlinimizdir. Ora oğlum Tural Axundovla birgə getmişdik. Mən 2014-cü ildə qoyduğum 250 min manatın faizini ayda 3 mindən çox olaraq 2015-ci ilin oktyabrına kimi almışam. Qalan pulun isə faizini almamışam, çünki deyilmişdi ki, yığılıb pulun üstünə gəlsin. Pulumu da Fərəh xanımdan yox, bankdan tələb edirəm”.

F.Rəşadətli deyib ki, Ə.Axundova yalan danışır: “2012-ci ildə qoyduqları pulun faizini 2015-ci ilin dekabr ayına kimi alıblar. Amma Əzizə xanım heç vaxt bizim filialda olmayıb, mənə əlbəəl pul verməyib”.

Tural Axundov ifadə verərək deyib ki, Fərəhi tələbə vaxtlarından tanıyıb: “Qohum olandan sonra əlaqələrimiz yaxşılaşdı. Fərəh filial müdiri təyin olunandan sonra mənə dedi ki, bura çoxlu pul qoyulsa, onun portfeli müsbət olacaq. Mən xırda-xırda məbləğlərdə pul qoymağa başladım. 2011-ci ildə 85 min pul qoydum. O bizə demişdi ki, qoyduğumuz pulları faizi ilə birlikdə sonda alacağıq. Ümumi olaraq ailəmizin qoyduğu pul 2 milyondan çox olub. Vaxtımız gələndə istədik, vaxtı uzatdı, şikayət etdik. Atamı bankın sədri özü çağırıb danışdı”.

Tarix: 2018/01/11 19:00

Sosial

Темы: , , , , ,

  Dostlarımızın xəbərləri

Digər xəbərlər

“Bizə zəhər iylədirlər!” – Ucarda pambıq zavodu ilə bağlı ŞOK VƏZİYYƏT – FOTO

Ucarın mərkəzində, Oğuz küçəsində yerləşən və sovet dönəmindən qalan Pambıq Emalı Zavodu illərdir ərazidə yaşayan insanların həyatını

Əlilliyi olan şəxslərin NƏZƏRİNƏ – 15 iş günü ərzində…

Əlilliyin qiymətləndirilməsi prosesində vətəndaş-məmur ünsiyyəti minimuma endirilib.

Ucuz ev almaq istəyənlərin NƏZƏRİNƏ

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən

3 və daha çox uşağı olan qadınlara ŞAD XƏBƏR

Üç və daha çox uşağı olan qadınlar üçün müəyyən güzəştlərin tətbiqi təklif edilib.

“Azərlotereya”nın dəstəyi ilə şəhid övladları üçün Avstriyada “Əmanətə Sədaqət” yay düşərgəsi keçirilib

”Azərlotereya” ASC-nin dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı, “Azərbaycan Hava Yolları”

Göndərilən o SMS düz çıxdı – 500 manat verilir – FOTO

”Bəzi sosial şəbəkə səhifələrində vətəndaşa uşağın anadan olmasına görə müavinət təyinatına dair guya saxta SMS göndərilməsi ilə

İşsizləri SEVİNDİRƏCƏK XƏBƏR- Dövlət maaş… – AÇIQLAMA

”Məşğulluq haqqında qanuna yeni dəyişikliklər edilir.

Azərbaycanda əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR: İki rəqəmli ARTIM OLACAQ

Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır.

İş dünyasına qatılmaq istəyən qadınlar üçün XƏBƏR

Qadın Haqları və Gender Bərabərliyi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə