Agentliyin 3 ildir həll edə bilmədiyi problem - "...məlumat veriləcək"
2015-ci ildə “I Avropa Oyunları” ərəfəsində Bakıya yeni avtobuslar gətirildi və bir çox marşrut xətti yenidən formalaşdırıldı.
Həmin dövrdə elan edilən bir çox “BakuBus” avtobusu xəttə buraxılsa da, siyahıda qeyd edilmiş 9, 10, 12 nömrəli avtobusların fəaliyyətə başlaması artıq 3 ildir ki, yubanır.
2016-cı ildə 9 nömrəli “BakuBus”ın xəttə buraxılacağı barədə məlumat yayılmışdı və qurumun keçmiş mətbuat katibi Nuridə Allahyarova xəbərləri təsdiqləmişdi.
Nə üçün siyahıda qeyd edilmiş bəzi marşrut xətləri açılmadı? Minval.info-nun əməkdaşı “BakuBus” MMC ilə əlaqə saxlayıb. Qurumdan bildiriblər ki, məsələ ilə bağlı bütün məqamlar, eləcə də, yeni “BakuBus”ların istifadəyə verilməsini və hansı yollarla hərəkət etməsini Bakı Nəqliyyat Agentliyi təyin edir.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev söyləyib ki, bu siyahı BNA fəaliyyətə başlayana qədər yayılan məlumatdır: “Onu deyə bilərəm ki, hər hansı bir yeni marşrut xəttinin təşkili qanunvericiliyin tələbinə uyğun olaraq müsabiqə yolu ilə olur. Hazırda 19 nömrəli marşrut xətti ilə bağlı belə bir müsabiqə elan edilib. Əlavə müsabiqə olarsa, bununla bağlı da məlumat veriləcək”.
Qeyd edək ki, 9 nömrəli marşrut avtobusunun Nəriman Nərimanov metro stansiyası – “Caspian Mall”; 10 nömrəli Nəriman Nərimanov metro stansiyası – Azneft dairəsi; 12 nömrəli avtobusun isə 20 Yanvar metro stansiyası – 20 Sahəsi istiqamətində hərəkət etməsi nəzərdə tutulmuşdu. Bu marşrut xətlərinin açılmama səbəbini öyrənə bilməsək də, heç vaxt açılmayacağını anlamaq mümkündür.
Dəniz
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı