Abonentlərdən 10 gün ərzində qazpulu ikiqat alınıb – FOTO
“Qaz idarəsinin işçiləri yanvar ayının ayın 9-da gətirib ödənişlə bağlı qəbz verdilər. Qəbzin üzərində sayğaca baxış tarixi 30.12.2017 göstərilsə də, göstəricilər 10 gün sonraya – yəni 09.01.2018-ci ilə aid idi. Sayğacların limitinin ilin sonunadək sıfırlanacağı ilə “Azəriqaz”-dan açıqlama verilsə də, ayın 9-dək olan sayğac göstəricisi 10 qəpikdən deyil, 20 qəpikdən hesablanıb”.
Minval.info xəbər verir ki, bunu Bizimyol.info saytına açıqlamasında Ağdaş rayon sakini V.Əliyev deyib. Eyni problemlə Ağdaş sakinlərinin çoxu qarşılaşıb.
Məsələ ilə bağlı İbrahim Kəlbalıyev Bizimyol.info saytının sorğusuna cavab olaraq deyib ki, bu cür problemlə qarşılaşan abonentlər regional qaz istismar idarəsinə müraciət etməlidir. “Biz əvvəlcədən də qeyd etmişdik ki, sayğacların oxunması istirahət və bayram günlərinə düşdüyündən yanvarın ilk həftəsində yekunlaşdırılıb. Ancaq hansısa abonentin limiti keçib-keçməməsi, sayğacın üzərindəki gösyərici ilə qəbzdəki arasındakı fərq, tarixlərin uyğun gəlməməsi ilə və s. məsələlərlə bağlı müraciətlər regional idarəsinin çikayətlər şöbəsində araşdırılaraq müvafiq qaydada cavab veriləcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə bu kimi problemlərlə bağlı çoxsaylı problemlər var.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır