“Atletik”in 39 yaşlı hücumçusu Arits Aduris karyerasını bitirib.

Fanat.Az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Forvard sağlıq durumundakı problemlər üzündən butslarını mıxdan asıb.

Aduris 21-ci əsrdə Bilbao komandasında ən çox qol vurmuş futbolçudu. O, “basklar”ın formasıyla 407 oyuna çıxıb, 172 qola imza atıb.