Ötən gecə Türkiyə Super Liqasında transfer mövsümü tamamlanıb.
Minval.info xəbər verir ki, çempionluğa oynayan “Başakşəhər”, “Qalatasaray”, “Beşiktaş” kimi klublarla yanaşı, liqada qalmaq üçün mübarizə aparan “Fənərbağça”, “Ankaragücü” kimi klublar da heyətlərini gücləndiriblər. Transferləri ilə diqqət çəkən isə ikinci liqada mübarizə aparan “Elazığspor” olub.
Belə ki, klub bir müddətdir davam edən transfer qadağası ləğv edilən kimi 2 saat ərzində 17 oyunçu ilə müqavilə imzalayıb.
Minval.info


































