135 nömrəli marşrut xəttində avtobuslar yenilənir
135 nömrəli marşrut xəttində sərnişindaşıma xidmətinin keyfiyyətini artırmaq məqsədilə avtobuslar yenilənir. Bu dəyişikliklər, müasir texnologiyaların tətbiqi ilə daha rahat və ekoloji cəhətdən təmiz nəqliyyatın təmin edilməsini hədəfləyir.
Minval.info xəbər verir ki, avqustun 1-dən etibarən Xırdalan şəhərini metronun “Memar Əcəmi” stansiyası ilə birləşdirən marşrut üzrə istismar olunan dizel mühərrikli avtobuslar, CNG texnologiyası ilə təchiz olunan “İveco” markalı böyüktutumlu avtobuslarla əvəz ediləcək.
Yeni avtobuslarda ödəniş nağdsız qaydada həyata keçiriləcək və gediş haqqı 0,60 manat olaraq müəyyən edilib. Bu yenilik, sərnişinlərin rahatlığını artırmaqla yanaşı, müasir nəqliyyat standartlarına uyğun xidmətin təqdim olunmasına da imkan tanıyacaq.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Peşə kurslarından iş dünyasına: 5019 yeni mütəxəssis iş başında!
Sabah Bakının bir neçə ərazisində qaz təchizatı dayandırılacaq
Pensiya yaşı 68 və 70 olacaq? – Deputatdan rəsmi AÇIQLAMA