Rusiya Ermənistana satdığı qazın qiymətini artırdı
Rusiya əvvəlcədən xəbərdarlıq etdiyi kimi, Ermənistana satdığı qazın qiymətini artırıb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, 2019-cu ilin 1 yanvarından etibarən İrəvan Moskvadan aldığı qazın hər min kubmetri üçün ötən il olduğu kimi, 150 dollar deyil, 165 dollar ödəməli olacaq. Artıq “Qazprom” bununla bağlı rəsmi açıqlama yayıb. Bildirilir ki, “Qazprom” nümayəndəsi Aleksey Millerlə Ermənistanın baş nazir müavini vəzifəsini icra edən Mqera Qriqoryan arasında anlaşma əldə olunub. Razılığa əsasən, 2019-cu il ərzində Ermənistan Rusiyadan 2,5 milyard kunbmetr qaz alacaq.
Qeyd edək ki, Rusiya mənbələri Ermənistana satılan qazın 215 dollaradək başalanacağını anons etmişdilər. Lakin Rusiyada günlərlə davam edən danışıqların sonunda Kreml İrəvana güzəşt etdi.
Xatırladaq ki, 2016-cı ildə Rusiya Ermənistana satdığı qazın qiymətini 165 dollara qaldırsa da, sonradan Serj Sərkisyanın xahişi ilə qiymət 146 dollara endirilmişdi.
Hazırda İran da Ermənistana qazı 150 dollara satır. Nikol Paşinyan isə əhali üçün nəzərdə tutulan qazın tariflərini qaldırmamağın yollarını arayır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukraynada qadınlar orduya çağırılmır!
Xameneinin müşaviri: ABŞ-nin Yaxın Şərqdə yeri yoxdur
ABŞ BMT-də Rusiyaya qarşı bəyanata qoşulmadı
Tiktok 400 milyon dollarlıq cərimə ödəyəcək
İran ABŞ-dən konkret addımlar gözləyir
Xameneinin yeni görüntüləri yayımlandı: Gizli toplantı!
Netanyahu: İran oğluma sui-qəsd etməyə çalışdı