Dünyada ilk: Prezident okeanın dibindən canlı yayım etdi - VİDEO
Seyşel Adaları respublikasının prezidenti Hind okeanının dərinliyinə enərək dünya okeanını qorumağa çağırış edib.
Minval.info BBC-yə istinadən xənər verir ki, Danny Faure suyun altında 124 metr dərinlikdən yayımlanan çıxışı zamanı deyib ki, dünya okeanının saflığı “bəşəriyyətin gələcəyi üçün həlledici əhəmiyyət kəsb edir”.
Seyşel prezidenti okean dərinliyini öyrənmək məqsədiylə Britaniyanın təşkil etdiyi sualtı ekspedisiyaya qoşulub.
Ekspedisiyanın məqsədi Seyşel adalarını əhatə edən suları yoxlamaq və öyrənməkdir.
Canlı yayımda çıxışı zamanı Danny Faure deyib ki, “planetimizin döyünən mavi ürəyi” olan okean görünməmiş təhlükə altındadır.
Seyşel adalarından sonra sualtı elmi ekspedisiyanın Hind okeanının digər hissələrində də keçiriləcəyi nəzərdə tutulur.
2018-ci ilin fevralında Seyşel Adaları Respublikası dövlət borcunun bir hissəsinin silinməsi müqabilində sahilyanı sularının 210000 kvadrat kilometr sahəsini qorunan zona elan edib.
Həmin zonalarda turizm və balıqçılıq fəaliyyəti məhdudlaşdırılır.
Seyşel Adalarının dövlət borcunun bir hissəsinin silinməsi müqabilində okeanın müəyyən hissəsinin qoruq elan etməsi dünya praktikasında ilk dəfədir ki, tətbiq olunub.
BMT-yə görə, milli yurisdiksiyalara aid olan dəniz sularının yalnız 16 faizi qorunan zona statusuna malikdir.
Seyşel Adaları 2020-ci ilədək ərazi sularının 30 faizini qorunan zona elan etməyi qarşısına məqsəd qoyub.
https://youtu.be/n25gtYlBnx4
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Papa 14. Leo Qara dənizdə taxılın təhlükəsiz daşınması çağırışı etdi
Banqladeşdə dengue qurbanlarının sayı 300-ü keçdi
Cibuti sahillərində gəmi batdı: 109 nəfər, o cümlədən uşaqlar ölüb
Almaniyada paylaşılan xəritə Fransada narazılıq yaratdı
Cibuti yaxınlığında miqrant qayığının batması faciəsi: 109 ölü
ABŞ qırıcısı yük gəmisini belə vurdu: CENTCOM-dan açıqlama
Husilərin Riyaddakı hava limanına hücumu AB tərəfindən qınandı