Ziya Məmmədov namaza başladı
Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədov ibadətlə məşğuldur. Sonuncu Ramazan ayında oruc tutan sabiq nazir, həmçinin mütəmadi olaraq Quranı mütaliə edir, namaz qılır.
“Minval.İnfo” xəbər verir ki, bu barədə Qaynarinfo-ya Z.Məmmədova yaxın mənbələrdən məlum olub.
Keçmiş nazirin mütaliə dairəsi, sadəcə, müsəlmanların müqəddəs kitabını oxumaqla tamamlanmır. Onun bədii əsərlərə marağı da böyükdür. Sabiq “nəqliyyat şefi” xüsusilə poeziya həvəskarıdır və ara-sıra özünün də şeirlər yazdığı deyilir.
ƏLAQƏLİ
Deputat: “Nikah şəhadətnaməsi tələb edilmədən mehmanxanalara giriş əxlaqsızlığa yol açır”
Xatırladaq ki, hazırda 67 yaşı olan Z.Məmmədov 2002-2017-ci illərdə nəqliyyat naziri postunu tutub. Vəzifədə olduğu dövrdə Azərbaycanın ən korrupsiyalaşmış məmurlarından hesab olunan sabiq nazirin kreslosunu itirdikdən sonra biznesinin və şəxsi varidatının böyük hissəsini itirdiyinə dair iddialar dolaşır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Sakit göl” hotelində qəribə prosedur: nikahsız cütlüklər nahar edə bilməz
Ermənilər azərbaycanlı şəhid kimi Sərdar Ortacın şəklini yaydılar
Bakıda təcili yardım maşını ilə daşınanlar ŞOKa saldı - VİDEO
Bakı sakini toyuğa görə qardaşını öldürdü
Stiv Cobs ölməyib? – Foto