25.08.2026 - 11:33
Kriminal 22 baxış

Yevlaxda motosiklet qəzasi: 72 yaşlı sürücü öldü

Yevlax şəhərində baş verən ağır yol qəzası nəticəsində 72 yaşlı motosikletçi həyatını itirib. Hadisə avqustun 23-də saat 11 radələrində Yevlax şəhəri Füzuli küçəsində qeydə alınıb.

Minval.info xəbər verir ki, 2005-ci il təvəllüdlü Nazim İsayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobil, 1954-cü il təvəllüdlü Kərimov Mahmud Talıb oğlunun idarə etdiyi “Muravey” markalı motosikletlə toqquşub. Nəticədə, M.Kərimov beyin silkələnməsi və kəllə sümüyünün sınığı xəsarətləri alaraq Yevlax Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Təəssüf ki, o, bir gün sonra vəfat edib.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanıb və istintaq davam etdirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: