Yeni Günəşli və Zığda çatlı evlərin sayı artır
Bakının Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivindəki “Günəşli Yaylası” çökmə-oturma sahəsi və Zığ sürüşmə sahəsindəki çatlarda müəyyən qədər artım var.
Minval.info-nun məlumatına görə, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, bu ərazidə çat qeydə alınan evlərin sayı artıb. Eyni zamanda çatların eni də genişlənib.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun bir müddət əvvəl verdiyi məlumata görə, Bakıda Əhmədli şosesi, Zığ şosesi, Binəqədi, Bayıl, Badamdar, Masazır gölünün ətrafında – ümumilikdə təxminən 20 yerdə böyük sürüşmə sahəsi var. Həmin sürüşmə sahələrində 150 mindən çox əhali məskunlaşıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib