Yazıçı Anar AYB-nin binasındakı gecə klubu haqda: “Mənlik deyil, Çingizlikdir”
Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşən keçmiş “26” – “Twenty six” adlı kafenin yerində “Hot Room Club” adlı gecə klubu fəaliyyətə başlayıb.
Minval.info xəbər verir ki, unikal.org məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyininin sədri Anar Rzayevlə əlaqə saxlayıb. Anar Rzayev məsələdən xəbərdar olmadığını və bu işlə bağlı AYB-nin katibi, yazıçı Çingiz Abdullayevlə əlaqə saxlamağı tövsiyyə edib. O, qeyd edib ki, sözügedən obyekti Çingiz Abdullayev icarəyə verib.
Çingiz Abdullayev isə açıqlamasında faktı dolayı yolla təsdiqləyib, eyni zamanda gecə klubunda striptiz şouların nümayiş etdirilməsi ilə bağlı xəbərləri şərh edib:
“Mən bilirəm orada oynayanlar var. Amma obyektdə striptiz şounun nümayiş etdirilməsindən xəbərsizəm. Əgər həqiqətən də belə bir fakt olarsa, biz icarə müqaviləsinə xitam verəcəyik. Baxmayaraq ki, müqavilənin bitməsinə 4 ay vaxt qalıb”.
Xatırladaq ki, bundan əvvəl burada “26” – “Twenty six” adlı kafe fəaliyyət göstərirdi. Bakı şəhərinin sabiq meri Hacıbala Abutalıbov, Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı Eldar Əzizov və polis əməkdaşlarının iştirakı ilə kafenin adı sökülmüş, icarəyə götürən şəxs isə saxlanılmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan diplomatiyasını xaricə təmsil edən XANIM SƏFİRLƏR...
"“Relax” 7 ayda cəmi 70 qəpik vergi ödənişi edib" - AÇIQLAMA
Sosial mediada yeni trend: Çılpaq halda yastıq çılğınlığı...
Azərbaycanda qalmaqallı cinayət işi - 3 yaşlı qıza təcavüz edilib?
Fahişə obrazına niyə özlərini çəkmirlər? – Aktrisadan qalmaqallı açıqlama
"Ukrayna qalib gələcək, amma..." - Zelenski