Yayda mədə problemlərinin artmasının səbəbi nədir? – Həkimlərdən vacib tövsiyələr
Son günlərdə əhali arasında ürəkbulanma, qusma, ishal və mədə ağrıları ilə bağlı şikayətlərdə artım müşahidə olunur. Sosial mediada bəzi istifadəçilər bu simptomların çimərlikdən qayıtdıqdan sonra başladığını qeyd edirlər. Mütəxəssislər isə bu halların həm virus, həm də bakterial infeksiyalarla əlaqəli ola biləcəyini bildirirlər.
Minval.info xəbər verir ki, infeksionist Mərdan Əliyev, yaz-yay mövsümündə mədə-bağırsaq xəstəliklərinin daha çox yayıldığını vurğulayıb. Onun sözlərinə görə, bu dövrdə norovirus, adenovirus və bəzən rotavirus infeksiyaları müşahidə edilir. Viral qastroenterit adlanan bu xəstəliklər, çirkli əllər vasitəsilə və fekal-oral yolla yayılır.
Həkim əlavə edib ki, isti havalarda qidaların düzgün saxlanılmaması mədə-bağırsaq pozğunluqlarının əsas səbəblərindəndir. Otaq temperaturunda uzun müddət qalan qidalarda bakteriyalar sürətlə çoxalır və bu, qida zəhərlənməsinə səbəb olur. Nəticədə ürəkbulanma, qusma, ishal və bəzən yüksək hərarət müşahidə edilir.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Mərdan Əliyev, qarpızın istehlakı zamanı diqqətli olmağı tövsiyə edir. Qarpız yuyulmadan kəsildikdə, qabığının üzərindəki bakteriyalar meyvənin içinə keçə bilər. Kəsilmiş qarpız otaq temperaturunda qaldıqda isə bakteriyalar sürətlə çoxalır və qida zəhərlənməsinə bənzər əlamətlər yarada bilər.
Bu səbəbdən, həkim qarpızın kəsilməzdən əvvəl yuyulmasını və kəsildikdən sonra soyuducuda saxlanılmasını məsləhət görür. Ümumilikdə yay aylarında qidaların otaq temperaturunda uzun müddət saxlanılmaması, xüsusilə ət, balıq və süd məhsullarının dərhal soyuducuya yerləşdirilməsi vacibdir. Günəş altında uzun müddət qalmış qarpızın alınması da məsləhət görülmür.
Mərdan Əliyev, hazırda müşahidə olunan ürəkbulanma, qusma və ishal hallarının əsasən virus və bakterial infeksiyalarla əlaqəli olduğunu bildirir.
ƏLAQƏLİ
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək