Yayda balıq yemək təhlükəlidirmi? Miflər və həqiqətlər!
Yay aylarında balıq yeməyin zərərli olduğu ilə bağlı fikirlər hər il gündəmə gəlir. İsti havalarda balığın daha tez xarab olması bu inancın yaranmasına səbəb olur.
Minval.info xəbər verir ki, əslində yayda balıq yemək özlüyündə təhlükəli deyil. Əsas risk məhsulun isti havada düzgün saxlanılmaması və soyuq zəncirin pozulmasıdır. Belə hallarda bakteriyaların çoxalması sürətlənə və bəzi balıq növlərində histamin kimi zərərli maddələr yarana bilər.
Xüsusilə tuna, skumbriya və bəzi digər balıq növlərində düzgün soyudulmama nəticəsində histamin zəhərlənməsi baş verə bilər. Bu zaman ürəkbulanma, qusma, ishal, səpki, baş ağrısı və üzün qızarması kimi əlamətlər yarana bilər.
Maraqlı məqam isə odur ki, balığın bişirilməsi belə artıq yaranmış histamini aradan qaldırmır. Buna görə də balığın təzə və düzgün temperaturda saxlanılması əsas şərtdir.
Balıq alarkən də diqqətli olmaq lazımdır. Təzə balığın qoxusu kəskin və turş olmamalı, gözləri şəffaf və parlaq, əti isə bərk olmalıdır. Rəngində dəyişiklik və quruma əlamətləri olan məhsullardan uzaq durmaq tövsiyə edilir.
Yəni “yayda balıq yemək olmaz” fikri mifdir. Təhlükə fəsildə deyil, balığın necə saxlanılmasındadır. İsti havalarda balıq alarkən və evə apararkən soyuq zəncirin qorunmasına xüsusi diqqət etmək lazımdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hacıqabulda avtoxuliqan sürücüyə 15 sutka həbs
Qazaxda keçmiş məhkumdan 4 kilo narkotik tutuldu
Sabunçuda 10 min manatlıq oğurluq hadisəsi!
Bakıda qardaş qətli: 27 yaşlı gənc bıçaqlandı
Bakıda şirkət oğruları ələ keçdi
İmran Xan xəstəxanadan həbsxanaya qaytarıldı
Hacıqabulda avtoxuliqan sürücüyə 15 sutka həbs