14.08.2026 - 15:13
Kriminal 15 baxış

Yaponiyada yağış fəlakəti: 12 saatda 3 aylıq yağıntı, 8 nəfər həyatını itirdi

Yaponiyanın Çiba prefekturasında baş verən güclü yağışlar nəticəsində 8 nəfər həyatını itirib, 4 nəfər isə yaralanıb.

Minval.info xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, bölgəyə 12 saat ərzində 348 millimetr yağış düşüb. Bu, avqust ayının orta yağıntı miqdarından təxminən üç dəfə çoxdur.

Çiba, Kaşiva, İçikava, Sakura və Yaçiyo şəhərlərində müxtəlif fəlakətlər qeydə alınıb. Yağışlar torpaq sürüşməsi riskini artırıb və bölgədəki fövqəladə vəziyyət xəbərdarlığı ən yüksək səviyyədən aşağı salınıb.

Sakinlərə yeni yağış ehtimalına qarşı diqqətli olmaları tövsiyə edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: