Yağışlı hava: Sürücülərə təhlükə xəbərdarlığı!
Bakı və Abşeron yarımadasında, eləcə də ölkənin müxtəlif bölgələrində gözlənilən yağışlı və küləkli hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib. Leysan yağışlarının yol hərəkəti üçün yarada biləcəyi təhlükələrə diqqət çəkən idarə, sürücüləri xüsusilə diqqətli olmağa çağırır.
Minval.info xəbər verir ki, intensiv yağıntılar zamanı görmə məsafəsinin azalması, yol örtüyünün sürüşkənləşməsi və bəzi ərazilərdə su yığılması riskləri artır. Bu səbəbdən sürücülərə sürət həddini hava və yol şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, kəskin manevrlərdən və qəfil tormozlamadan çəkinmək tövsiyə olunur.
Eyni zamanda, güclü küləyin hərəkətə əlavə çətinlik yarada biləcəyi nəzərə alınaraq, xüsusilə qoşqulu, tentli, uzunölçülü və iriqabaritli nəqliyyat vasitələrinin sürücüləri daha ehtiyatlı olmalı, daşınan yükün etibarlı bərkidilməsinə diqqət yetirməlidirlər. Piyadalardan isə leysan yağışları zamanı məhdud görünmə şəraitini nəzərə almaları, yolu yalnız müəyyən edilmiş yerlərdən və təhlükəsizliyə tam əmin olduqdan sonra keçmələri xahiş olunur.
Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını hava şəraitini düzgün qiymətləndirməyə, yollarda maksimum diqqətli və məsuliyyətli davranmağa çağırır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda alınan mənzil sahibinə problem yaratdı
Bakı sakininə quldurluq: Şübhəli saxlanıldı
Siqaret üstündə dava: 21 yaşlı gənc həbs edildi
Polis əməliyyatı: 8 silah və narkotik ələ keçirildi
Bakıda 185 minlik dələduzluq: 12 il sonra həbs!
Nigar Fərhad prokurorluq qərarı ilə azad edildi
Yağışlı havada sürücülərə ehtiyatlı olun çağırışı!