Xırdalanda nəqliyyat xaosu: 8 marşrutun istiqaməti dəyişdi, sakinlər nə etməli?
Xırdalan şəhərində Heydər Əliyev prospektində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər qoyulub. Bu səbəbdən 8 marşrutun istiqaməti dəyişdirilib.
Minval.info xəbər verir ki, E2, 135, 515, 517, 523, 535, 592 və 596 nömrəli marşrutlar alternativ küçələrdən keçməklə fəaliyyət göstərir. E2 marşrutu “20 Yanvar” metrostansiyasından Xırdalan şəhərinə doğru Heydər Əliyev prospekti, Zərifə Əliyeva, Qalubiyyə və Mehdi Hüseynzadə küçələri ilə hərəkət edir.
135 nömrəli marşrutun avtobusları Mehdi Hüseynzadə küçəsindən başlayaraq Heydər Əliyev prospekti ilə hərəkət edir. 517 nömrəli marşrut isə iki istiqamətdə fəaliyyət göstərir: Masazır kəndindən “Yeni Bakı” yaşayış kompleksinə və Həsən Əliyev küçəsi boyunca dairəvi hərəkətlə.
ƏLAQƏLİ
Avqustun səmalarında qismən ay tutulması: Azərbaycanlılar nəyi izləyə biləcək?
515, 523 və 596 nömrəli marşrutlar Heydər Əliyev prospekti, Hacı Zeynalabdin Tağıyev, Osman Sarıvəlli, İmadəddin Nəsimi və Həsən Əliyev küçələrindən keçir. 535 nömrəli marşrutun son dayanacağı Heydər Əliyev prospektində, Hacı Zeynalabdin Tağıyev küçəsi ilə kəsişmənin yaxınlığında yerləşir. 592 nömrəli marşrutun başlanğıc dayanacağı isə Heydər Əliyev prospektində, Mehdi Hüseynzadə küçəsi ilə kəsişmənin yaxınlığında təşkil olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bəxtiyar həsənovun Rusiyadan deportasiyası: Səbəblər və nəticələr nədir?
Bakının iki əsas küçəsi bağlanır: Sürücülər alternativ yollar axtarışında
700-ə yaxın Gəncə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul şansı!