Xırdalan və Sumqayıta metro: Əmlak qiymətləri yüksələcək?
Xırdalan və Sumqayıt istiqamətində metro xəttinin çəkilməsi, hazırda təsdiqlənmiş rəsmi layihələr arasında olmasa da, gələcəkdə müzakirə edilə biləcək nəqliyyat layihələrindən biri kimi qiymətləndirilir. Bu cür layihənin həyata keçirilməsi həmin ərazilərdə daşınmaz əmlak bazarına ciddi təsir göstərə bilər.
Minval.info xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc, infrastruktur layihələri ilə bağlı məlumatların yayılmasının əmlak qiymətlərində artıma səbəb ola biləcəyini bildirib. İlkin mərhələdə qiymətlərin təxminən 5-10 faiz yüksəlməsi, layihənin tam reallaşması və metro stansiyalarının fəaliyyətə başlaması halında isə bəzi ərazilərdə artımın 50 faizə qədər çatması ehtimal olunur.
Əgər metro xəttinin çəkilişi zamanı müəyyən ərazilərdə tikililərin sökülməsi zərurəti yaranarsa, mülkiyyətçilərə kompensasiya ödənilməsi məsələsi də gündəmə gələ bilər. Ərazidə daşınmaz əmlakın mövcud bazar qiymətləri nəzərə alınmaqla, ilkin ehtimallara əsasən kompensasiya məbləğlərinin Sumqayıtda təxminən 2 000 manat, Xırdalanda isə 2 000-2 500 manat civarında formalaşa biləcəyi qeyd olunur. Lakin konkret məbləğ söküləcək əmlakın növündən, yerləşdiyi ərazidən, sahəsindən və bazardakı real dəyərindən asılı olacaq.
Kompensasiyanın hesablanması isə layihə ilə bağlı qəbul ediləcək qərarlardan asılı olacaq. Ödəniş məbləği xüsusi komissiyanın qərarı, mülkiyyətçi ilə investor arasında razılaşma və ya müstəqil qiymətləndirmə şirkətinin müəyyən etdiyi bazar dəyəri əsasında hesablana bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib