Xırdalan-Sumqayıt qatarları yenidən yola çıxır: Nəqliyyatda böyük dəyişikliklər gözlənilir
Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti yaxın zamanda bərpa ediləcək. Bu barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb.
Minval.info xəbər verir ki, Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun inkişafı məqsədilə həyata keçirilən Dövlət Proqramı çərçivəsində Xırdalan-Güzdək sahəsində dəmiryol xətlərinin altından yeni avtomobil yolu keçidinin inşası tamamlanıb.
Hazırda Xırdalan-Sumqayıt sahəsində yol infrastrukturunun yoxlanılması işləri aparılır. Eyni zamanda, bu marşrut üzrə təyin olunacaq yeni reyslərdə istifadə ediləcək qatarların təmiri davam etdirilir. ADY-nin məlumatına görə, bütün hazırlıq işləri başa çatdıqdan sonra Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə qatarların hərəkəti yeni tədris ili öncəsi bərpa olunacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib