Xırdalan-Sumqayıt qatarları geri dönür: Yeni dövrdə nəqliyyat rahatlığı sizi gözləyir!
Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti yenidən başlayacaq. “Azərbaycan Dəmir Yolları” QSC bu istiqamətdə qatarların hərəkətini bərpa etməyə hazırlaşır.
Minval.info xəbər verir ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Xırdalan–Güzdək sahəsində dəmiryol xətlərinin altından yeni avtomobil yolu keçidinin inşası başa çatıb. Hazırda bu istiqamətdə sərnişindaşımanın bərpası üçün hazırlıq işləri görülür.
Hal-hazırda Xırdalan–Sumqayıt sahəsində yol infrastrukturunun yoxlanışı aparılır və yeni reyslər üçün nəzərdə tutulan qatarların təmiri işləri davam etdirilir. Bütün bu işlər tamamlandıqdan sonra Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə qatarların hərəkəti yeni tədris ili başlamazdan əvvəl bərpa ediləcək. Qatarlar həftənin bütün günlərində mövcud dayanacaqlar üzrə hərəkət edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib