Xətaidə yanğın törədən şəxs saxlanıldı
Bakının Xətai rayonunda yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Hadisə Məhəmməd Hadi küçəsi 72 ünvanında baş verib.
Minval.info xəbər verir ki, 47 yaşlı şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar nəticəsində onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi və xüsusi təyinatlı tibb müəssisəsinə yerləşdirildiyi müəyyən edilib.
Yanğın hadisəsi zamanı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, polis və təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb olunub. Alovun qonşu mənzillərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb. İlkin məlumatlara görə, yanğın şəxsi münaqişə zəminində törədilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İsrail-Suriya danışıqları: Gərginlik azaldılacaqmı?
İrandan Azərbaycana narkotik keçirmək cəhdi ifşa edildi
Elvin Məmmədovun müəmmalı ölümü: Bayramın qardaşı öldü
Sükan arxasında telefon təhlükəsi: BDYPİ xəbərdarlıq edir
Azərbaycanda ilk dəfə kriptovalyuta müsadirə edildi
Adanada dini təşkilata geniş əməliyyat: Rəhbərlik həbsdə
Hacıqabulda avtoxuliqan sürücüyə 15 sutka həbs