03.08.2026 - 18:22
Ölkə 24 baxış

Xətai sakinləri səkiləri geri alır: Obyekt tikintisinə qarşı etirazlar artmaqdadır

Xətai rayonunda yaşayan sakinlər, piyada səkisinin zəbt olunmasına qarşı narazılıqlarını bildirirlər. Onlar Sadıqcan küçəsində piyada səkisinin bir hissəsinin qırmızı lentlə hasarlandığını qeyd edirlər.

Minval.info xəbər verir ki, sakinlər həmin ərazidə köşk və ya başqa bir obyektin tikintisinin planlaşdırıldığını düşünürlər. Onların sözlərinə görə, bu işlər piyadaların hərəkətinə maneə törədir və bu səbəbdən sakinlər lentləri çıxararaq yerə basdırılan konstruksiyaları söküblər.

Sakinlər əlavə edirlər ki, burada hər hansı obyektin quraşdırılması, xüsusilə əlil və uşaq arabası ilə hərəkət edənlərin rahatlığını pozacaq və piyadaları avtomobil yoluna çıxmağa məcbur edəcək. “Səkini zəbt edirlər, bura mərkəzi küçədir. Qırmızı lent çəkmişdilər, yerə də dəmir basdırmışdılar. İndi bilmirik nə qoyacaqdılar – köşk idi, dayanacaq idi, ya başqa bir şey. Sakinlərlə birlikdə gəlib bunları çıxartdıq ki, camaat rahat hərəkət edə bilsin”, – deyə şikayətçilərdən biri bildirib.

Onlar bu məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət etdiklərini və qurumun ərazidə aparılan işlərdən xəbərsiz olduğunu, nümayəndə göndəriləcəyini və məsələnin araşdırılacağını bildirdiklərini qeyd edirlər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: