Villaların əhatəsində yaşayan yüzdən çox ailə küçəyə atılır? - FOTOLAR
İki gün öncə Bakının Binəqədi rayonunda məcburi köçkünlərin aksiya keçirdiyi barədə məlumat vermişdik.
Minval.info-nun əməkdaşları etirazın nədən qaynaqlandığını dəqiqləşdirmək üçün hadisə baş verən əraziyə ikinci dəfə yollanıb. Bu dəfə isə vəziyyət bir az fəqli olub.
Belə ki, PPX maşınları gözə dəyməsə də, əməkdaşlarımızdan biri məcburi köçkünlərin məskunlaşdığı binanın şəklini çəkərkən polis onlara yaxınlaşıb. Əsayiş keşikçisi onlara yaxınlıqdakı polis qərargahından icazə almadan çəkiliş aparmağın qadağan olunduğunu bildirib. Sonda isə repartyorlarımıza rayonun İcra Hakimiyyətindən müvafiq icazə kağızı almaq məsləhət görülüb.
Bu da ərazinin ciddi nəzarətdə saxlandığını göstərir. Buna baxmayaraq, əməkdaşlarımız həmin binada yaşayan sakinlərlə söhbət edə biliblər. Bina sakini Mübariz Əzimov minval.info-ya bildirib ki, binanın sökülməsi barədə əmr verilib. Bunun qarşılığında isə ona sahəsi 60 kv. metr mənzil təklif edilib:
“Ailəmiz 4 nəfərdən ibarətdir. Yoldaşım üçüncü qrup əlildir. 23 yaşında bir oğlum, 24 yaşında qızım var. Bizə 113 kv metr sahəsi olan mənzil söz vermişdilər. Amma deyildiyi kimi olmadı. Bir otaqlı evi ortadan iki yerə bölüb bizə veriblər, digərlərinə heç bir kompensasiya ödənməyib”.
Sakinlər iddia edir ki, qadınları, uşaqları məcburi evlərindən çıxarırlar. Söküntü işləri aparılarkən bəzi sakinlərin əşyalarının dağıntılar altında qaldığı da deyilir.
Məsələ ilə bağlı Minval.info Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışıb. Lakin hər zaman olduğu kimi telefon zənglərinə cavab verən olmayıb.
Samir Mirzə
Fotolar: Fərid Özay
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lavrov Mirzoyanı çağırıb dedi ki, sülh müqaviləsi bağlamayın
Türkiyənin müdafiə naziri Elçin Quliyevə və Zakir Həsənova başsağlığı verib
Bakıda avtoşluq edib qəza törədən sürücü ilə bağlı açıqlama - VİDEO
Aysel klub sahibi ilə yazışmasını yaydı - FOTOLAR
Baş nazir qərar verdi: Bu şəxslərin maaşları artır
Elman Rüstəmov istefa verməsi xəbərlərinə aydınlıq gətirdi










