Vergilər nazirinin birinci müavini də GÖNDƏRİLİR
Vergilər Nazirliyində əsaslı kadr islahatları davam edir.
Minval.İnfo xəbər verir ki. modern.az-ın nazirlikdən əldə etdiyi məlumata görə, vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov da məzuniyyətə göndərilir.
Məlumatda bildirlir ki, Sahir Məmmədxanovun fevralın 4-də məzuniyyətdə olacağı gözlənilir. Mənbə bildirib ki, Sahir Məmmədxanovun məzuniyyət müddətində sərəncama göndəriləcəyi istisna olunmur. Bu isə o deməkdir ki, yeni vergilər naziri köhnə birinci müavinlə işləmək istəmir… Belədə Sahir Məmmədxanovun vəzifədən uzaqlaşdırlacağı gözlənilir.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Əldə etdiyimiz məlumata görə, birinci müavin son bir neçə iqtisadi tədbirdə nazirliyi təmsil etməli olsa da, onu başqası əvəzləyib.
Qeyd edək ki, Sahir Məmmədxanov Vergilər Nazirliyindəki köhnə komandanın ən uzunmüddətli kadrlarından sayılır. O, 1993-cü ildən vergi sistemində işləməyə başlayıb. Sonrakı müddətlərdə müxtəlif vəziflər tutub. 2009-cu ilin martından vergilər nazirinin müavini,2016-cı ilin martından isə birinci müavini vəzifəsinə yüksəlib.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda