“Venamı kəsərəm, amma Qarabağda xidmət etmərəm...” - Erməni çağırışçı özünü pəncərədən atıb
Yanvarın 20-də İrəvandakı Mərkəzi Klinik Hərbi Hospitala ağır bədən xəsarətləri ilə hərbi çağırışçı Ernest Ovanisyan gətirilib.
Virtualaz.org epress.am-a istinadən xəbər verir ki, çağırışçının özünü hərbi hissənin pəncərəsindən atdığı məlum olub. İntihara cəhdin səbəbi çağırışçının Qarabağda xidmət etmək istəməməsidir.
Ovanisyan yanvarın 12-də orduya çağırılıb. Bildirilir ki, o, Qarabağdakı hərbi hissələrdən birində cəmi 8 gün xidmət edib. Lakin ilk günlərdən bildirib ki, xidmət etmək istəmir. Ovanisyanla hüquqşünaslar və psixoloqlar işləyib, onun valideyinlərini hərbi hissəyə çağırıbar. Lakin çağırışçı əsgər valideyinləri gələnə qədər özünü hərbi hissənin pəncərindən atıb və ağır xəsarətlər alıb. Məlumata görə əsgər özünü pəncərədən atmazdan qabaq deyib: “Venamı kəsərəm, amma xidmət etmərəm”.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan faktı təsdiq edib, amma insidentin təfərrüatları haqda danışmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mərkəzi Bank üzən məzənnəyə nə zaman keçə bilər? - AÇIQLAMA
İmişli rayonuna yeni təyin olunan icra başçısı kimdir?
Bu şəxslər cəzalandırılmalıdır - Polkovnik sərt danışdı
Azər hamını aldadıb? - Yeni detallar üzə çıxdı
Narkotik qaçaqmalçıları sərhədçilərə atəş açıb, xəsarət alanlar var
