Valideynlərə məktəbli forması seçimi azadlığı verildi
Məktəbli formalarının alınması ilə bağlı valideynlər sərbəst seçim edə bilərlər. Valideynlərin müəyyən bir satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir.
Minval.info xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Valideynlər məktəbli formaları ilə bağlı məlumatı övladlarının təhsil aldığı məktəblərdən və ya yerli təhsili idarəetmə bölmələrindən əldə edə bilərlər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli qərarına əsasən, ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir. 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bu barədə müvafiq qərar qəbul edib və vahid geyim forması ən azı 3 tədris ili ərzində dəyişilməz qalır.
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026
Sabahın hava proqnozu açıqlandı