Uşaqların təhlükəsizliyi üçün avtomobildə nələrə diqqət etməli? – DYP-dən xəbərdarlıq
Avtomobildə sərnişinlərin, xüsusilə də uşaqların təhlükəsiz daşınması onların həyat və sağlamlığının qorunması üçün böyük əhəmiyyət kəsb edir.
Minval.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək, avtomobildə təhlükəsizlik qaydalarına riayət etmənin vacibliyini vurğulayıb.
Müraciətdə qeyd olunur ki, bəzən hərəkət halında olan avtomobillərdə sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsi, uşaqların avtomobilin pəncərəsindən bədənlərinin bir hissəsini çıxarması və ya ayaqüstə dayanması kimi təhlükəli hallara rast gəlinir. Bu cür davranışlar qəfil vəziyyətlərdə ciddi xəsarətlərə səbəb ola bilər.
Həmçinin vurğulanır ki, uşaqların avtomobildə daşınması zamanı valideynlər və sürücülər böyük məsuliyyət daşıyır. Uşaqların yaş və çəkilərinə uyğun təhlükəsizlik vasitələrindən, xüsusilə də uşaq oturacaqlarından istifadə olunmalı və onların təhlükəsizlik kəməri ilə düzgün şəkildə bağlanması təmin edilməlidir. Uşaqların təhlükəsizliyi böyüklərin diqqətindən və məsuliyyətli davranışından asılıdır. Təhlükəsiz yol – diqqətli və məsuliyyətli davranışdan başlayır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
General Zeynalov və kapitan Bayramovun "şabalıd davası" sona çatdı
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi