Azərbaycanda bağçaya yazılmaq universitetə girməkdən daha çətin işdir – səbəblər

Pandemiyaya görə bu gün uşaq bağçalarının qapalı olması valideynləri ciddi təlaşa salıb. Aylardır uşaqların bağçalardan uzaq düşməsi çalışan valideynlər üçün problem yaradıb. Bəs pandemiyaya qədər ölkədə uşağını bağçaya yazdırmaq istəyən valideynlərin durumu necə idi? Paytaxt bağçaları, oradakı yer problemi və ümumi vəziyyət tələbata adekvat idimi?

Bağça Təhsil Nazirliyindən icra hakimiyyətinə verildi – nəticə dəyişdimi?

“Yeni Müsavat” ölkə insanının bağça problemi və onun həll edilməsi yolları barədə kiçik araşdırma aparıb.

Araşdırmalar göstərir ki, təkcə Bakı şəhərində uşaqların yalnız 17 faizi bağçalara gedirlər. İşləyən valideynlər isə əsasən dayələrin xidmətindən istifadə etməyə üstünlük verirlər. Bu isə nə maddi cəhətdən, nə də uşağın hərtərəfli böyüməsi baxımından sərfəli deyil. Bundan başqa, uşağı məktəbə hazırlamaq məqamı çatanda dayədən əlavə pedaqoq də tutmalı oluruq ki, bu da xeyli xərc deməkdir.

Uşaq bağçaları tam pulsuz olacaq

Uşaq bağçaları 2012-ci ilə qədər Təhsil Nazirliyinin tabeliyində olub. Amma bağçalarda keyfiyyətsiz qidalanma, təmir-tikinti işlərinin yubadılması kimi nöqsanlar nəzərə alınaraq məktəbəqədər tərbiyə müəssisələri Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib. İlkin araşdırmalar göstərir ki, əslində bu dəyişiklik ciddi şəkildə ölkədəki bağça probleminin həllinə təsir göstərməyib. Çünki bağçasız qalan uşaqların sayında ciddi artım olmayıb. Bundan başqa, dövlət bağçalarındakı maddi-texniki baza, uşaqların yetişdirilməsi üçün lazım olan şərait yetərli deyil.

Bu ilin aprel ayında rəsmi məlumat yayıldı ki, hazırda paytaxtda 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin rəhbərlərinin iştirakı ilə bu müəssisələrdə təlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəldilməsi, uşaqların müəssislərə qəbulunda şəffaflıq və digər məsələlərə həsr olunmuş müşavirədə rəhbər işçilərə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunda neqativ hallara yol verilməməsi ilə bağlı ciddi xəbərdarlıq edilib. Bildirilib ki, qəbul məsələləri nəzarətə götürülüb və bağçalara qəbulun elektronlaşdırılması işləri artıq bu ilin sonuna kimi həyata keçiriləcək, bu istiqamətdə işlər davam edir.

Hazırda ölkədə 1672 məktəbəqədər təhsil müəssisəsi və uşaq bağçası var. Bu say məktəbəqədər təhsil müəssisələrinə getməli olan uşaqların hamısını tam əhatə etmir. 1672 uşaq baxçasında ümumi plan yeri 125 mindir. Bu da bağça yaşlı uşaqların yalnız 25 faizini əhatə edir. Bu, kifayət qədər az rəqəmdir. Bakıda 350-yə yaxın məktəbəqədər təhsil müəssisəsi var. Son illər ərzində Heydər Əliyev Fondu tərəfindən bu sahədə ciddi şəkildə təmir, tikinti-bərpa işləri aparılıb. Yeni bağçalar müasir standartlara cavab verir. Burada tərbiyə və tədrislə məşğul olanlar arasında müasir bilik və bacarığa malik olanlar azdır”.

Azərbaycanda uşaq bağçasını necə açmaq olar? – ARAŞDIRMA – Bagcam.az

Uşaqlara bağçada gün ərzində 1 manat 65 qəpiklik yemək verilir…

“Yeni Müsavat”ın sorğusuna verilən cavaba əsasən, Azərbaycanda aylıq ödənişi ən aşağı olan uşaq bağçaları üçün 200 manat nəzərdə tutulub. Amma lüks uşaq bağçaları var ki, onların aylıq ödənişi 500-1000 manat civarındadır. Maraqlıdır, bəs ümumən normativlərə əsasən,  uşaq bağçalarındakı qida rasionunun məbləğini necə hesablayırlar?

Bir neçə il öncə Bakı Şəhər İcra Hakimiyyətindən mətbuata bildirilib ki, hazırda dövlət büdcəsində 1 uşağın 1 günlük ərzaq norması 1 manat 65 qəpik nəzərdə tutulub. Nazirlər Kabinetinin standartlarına əsasən isə, həmin məbləğ 3 manatdan yuxarı olmalıdır.

Ümumən bağçalara qəbul hələ də elektron olmadığı üçün uşağın bağçaya qoyulması üçün dövlət bağçalarında 400-600 manat vəsait tələb olunur. Dövlət bağçalarında qeyri-rəsmi olaraq aylıq ödəniş 20-60, özəl bağçalarda isə 1000-1500 manat tələb olunur. Məktəblərə qəbul son illərdə şəffaflaşdırılmağa doğru getsə də, bu, uşaq bağçaları üçün keçərli deyil. Bu səbəbdən də hələ ki, uşaqların bağçaya yazılması, bağçalarda yer tapılması tanışlıq, yuxarı vəzifəlilər tərəfindən tapşırıq vasitəsilə həyata keçirilir. Hətta insanlar öz yaşadıqları ərazidə olan bağçalara belə uşaqlarını qeydiyyata aldıra bilmirlər.

Azərbaycanda bağçaya gedən uşaqların sayı 2012-ci ildə 30 faiz idisə, indi bu rəqəm 17 faizə düşüb. Dövlət bağçalarında resurslar, kadrların səviyyəsi müasir dövrün tələblərinə o qədər də cavab vermir, bağçaların sosial funksiyaları bir qədər də zəifləyib. Ölkədə uşaq bağçalarında çalışmaq üçün mütəxəssislər əsasən pedaqoji universitetlərdə və bir sıra texnikumlarda hazırlanır. Ancaq kadrların hazırkı hazırlıq səviyyəsi beynəlxalq standartlara cavab vermir. Azərbaycanın təhsil sahəsində problemlərin həll edilməsi üçün müxtəlif islahatlar həyata keçirilir. Bəzi şöbələr ləğv edilir, bəzi qurumlar birləşdirilir. Guman edək ki,  məktəblərdə həyata keçirilən islahatlar bağçalara da siraət ediləcək. Çünki uşaqlar bağçadan sonra məktəb həyatına qədəm qoyurlar.

Amerikada uşaq bağçaları necədir - ForumDaily

Pulun varsa, bağça aça bil…məzsən…

Valideynlər bu seçimsizlik şəraitində bir çox hallarda özəl bağçaların xidmətindən istifadə edirlər. Azərbaycanda xeyli sayda özəl uşaq bağçaları var. Orda aylıq bağça qiyməti 600 manatdan başlanır. Fərqli menyu, daha təmirli otaqlar, çarpayılar və oyuncaqlar… Amma hər pulu olan, özünə karyera qurmaq istəyən şəxs uşaq bağçası aça bilərmi? Qanunvericilik də uşaq bağçası açmaq üçün sahibkarlara müəyyən imkanlar verir. 2016-cı ildə Azərbaycan prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” 19 oktyabr tarixli, 650 nömrəli fərmanı ilə sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə xüsusi razılıq (lisenziya) verilməsi aidiyyəti dövlət orqanlarının rəyini almaqla, İqtisadiyyat Nazirliyinə həvalə edilib.

Həmin fərmanla təsdiq edilən “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri” məktəbəqədər təhsil müəssisələri üçün 1250 manat təsdiqlənib. Bundan əvvəl həmin qiymət 2500 manat idi.

Məktəbəqədər təhsil müəssisəsi açmaq üçün müvafiq formada ərizə tələb edilir. Eləcə də, sahibkara məxsus dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti, vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti, obyektlərdən hər biri üçün istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsaslar) təsdiq edən sənədin surəti, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş əlavə şərtləri əks etdirən sənədlər (təhsil müəssisəsinin pedaqoji, elmi-pedaqoji işçiləri haqqında məlumat; maddi-texniki baza və təlim-tərbiyə prosesinin təminatı haqqında ətraflı məlumat), dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədin təqdim olunması istənilir.

الرئيسية - Peace Maids

Amerikada hər zövqə uyğun bağça var

Bəs dünya bu məsələdə bizimlə necə yarışır? ABŞ-da hər zövqə görə uşaq bağçası (gündüz qulluq) seçə bilərsiniz. Əvvəlcə ölçüləri ilə fərqlənirlər: kiçik, sanki bir ailə, uşaq bağçaları (yalnız 5-6 uşağı ola bilər) və ənənəvi böyüklər var, burada bir qrupda təxminən 25 nəfər var.

Kiçik uşaq bağçaları hətta xüsusi bir evin ərazisində yerləşə bilər. Onların fəaliyyəti məcburi lisenziyalıdır.

Belə uşaq bağçalarının üstünlükləri: az uşaq, bu daha çox fərdi yanaşma, ailə atmosferi, nisbi ucuzluq deməkdir, bunların bir çoxu bu və ya digər diaspor üçün nəzərdə tutulmuşdur (məsələn, Rus, Çin və ya Fransız uşaq bağçaları var).Çatışmazlıqları: bir qayda olaraq, akademik proqram böyük bir uşaq bağçasından daha zəifdir, əlavə olaraq, uşağın içində sıxışa bilər – yer azdır, az uşaq var, müxtəlif ünsiyyət yoxdur.

Böyük bağçalar bunun üçün xüsusi hazırlanmış binalarda yerləşir. Buna əsasən, onların içərisində çoxlu uşaq var. Bir qayda olaraq, belə uşaq bağçalarında uşaqlar beşikdən götürülür – körpə altı həftədən qala bilər. Bütün gün xüsusi qutularda yatırlar. Pampers, körpə formulu, ədyal və hər şey valideynlər tərəfindən gətirilməlidir. Uşaqlar üçün belə bir erkən yaş ABŞ-da doğuş üçün məzuniyyətlərin olmaması ilə əlaqədardır. Postsovet ölkələrində hamının alışdığı üç illik uşaq baxımı burada unudula bilər. Dövlətlərdə doğuşdan bir ay sonra işə getməlisiniz və bir çox Amerikalı analar işin lehinə seçim edirlər.

Almaniyada bağçalar aylıq 60 avrodan başlayır, fransada 100 avrodan…

Almaniyada uşaqları bağçaya 3 yaşından götürürlər. Bağçaların aylıq ödənişi 60 avrodan 400 avroya qədər dəyişir. Almaniya bağçalarında uşaqların yaş qrupu qarışıqdır. Böyüklər kiçiklərlə eyni qrupa salınır. Bununla da uşaqlarda özündən balacanın qayğısına qalmaq kimi keyfiyyətlər, vərdişlər aşılanır. Balacalar isə bir çox məsələlərdə böyüklərdən nümunə götürürlər. Bundan başqa, məhdud fiziki imkanı uşaqlar sağlamlarla eyni bağçaya, eyni qrupa gedir. Burda da məqsəd birincilərin özlərini natamam hiss etmələrinin qarşısını almaq, sağlamlara isə tolerantlıq, insan hisslərinə hörmət etməyi öyrətməkdir. Alman bağçalarında məktəbə hazırlıq anlayışı yoxdur.

أغرب عرض لوظيفة مربية أطفال - Lebanese Forces Official Website

Fransadakı uşaq bağçalarında tətillər ildə dörd dəfə olur. Həftənin çərşənbə günləri isə bağçada bazar günüdür, yəni o gün işləmirlər. Həmin gün uşaqlar dərnəklərə baş çəkməlidir. Fransa bağçalarında uşaqlar eyni geyimdə həm yeyir, həm yatır, həm də gəzintiyə çıxırlar. Səhər yeməyində peçenye ilə süd qadağandır – bu, piylənməyə gətirib çıxarır. Bağçaların illik ödənişi 1000 avrodur, yəni ayda 100 avrodan da az məbləğ…

Gün ərzində gəzintinin müddəti isə cəmi 30 dəqiqədir. Uşaqların evdən özləri ilə oyuncaq gətirməsi qadağandır. Fransa bağçalarında uşaqların şərf taxması qəti qadağandır, bunu az qala soyuq silah qədər təhlükəli hesab edirlər. Fransızlar uşaqlarını 2.5 yaşdan etibarən bağçaya qoyurlar.

Yaponiyada uşaq bağçasına düşmək çətindir. Orada uşaq bağçaları ilə birbaşa meriya məşğul olur. Bağçada keçirilən hansısa bayram üçün valideynlər müxtəlif məbləğ ödəyir: 20 dollardan 400 dollara qədər. Bu, ailənin maddi gəlirindən asılı olan durumdur. Qruplarda 20 uşaq və bir müəllimə olur. 3 yaşdan böyük uşaqlar üçün bağçada idman və rəqs dərnəkləri olur, müxtəlif musiqi alətlərində ifa etməyi öyrənirlər. Yaponiyanın bağçalarında uşaq oyuncaqları olmur, orda uşaqlar yatmırlar. Uşaqları valideynlər bağçadan günorta saat 2-də götürürlər. Bağça müddətini uzatmaq istəyənlər bunun üçün ayrıca pul ödəyirlər. Naharı isə bağça vermir, valideyn evdən gətirir. O ki qaldı, uşaqların şəxsiyyət kimi formalaşdırılmasına, burada da ilginc nüanslar var. Yaponlar uşaqların bağçada fərqləndirilməsinə imkan vermirlər. Hansısa uşaq lider xüsusiyyətlərini nümayiş etdirmək istəyirsə, ona “sən digərlərindən heç də yaxşı deyilsən” deyilir.

Çində vəziyyət başqa cürdür. Burada bağçaların aylıq ödənişi 80 dollardan 320 dollara qədər dəyişir. Uşaqları bağçaya 2.5 yaşdan götürürlər. Qruplarda 30-dan az uşaq olmur. Ölkədə demoqrafik bum yaşandığı üçün bağçalara uşaq qoymaq çətindir. Pekində yaşayan rus jurnalist Olqa Tnansiyçuk iddia edir ki, Pekindəki bağçalara uşaq qoymaq istəyən valideynlər  rüşvət ödəyirlər. Bağça rejimi müəyyən qədər postsovet ölkələrindəkini xatırladır. Tədris mexanizmi güclüdür. Uşaqlar 3 yaşından etibarən oxumağı, yazmağı, saymağı öyrənirlər. Amma buna qarşılıq daha az hərəkət edir, gün ərzində masa arxasında oyun oynayır, konstruktor düzəldir, məşğələlər keçirlər.

Bağçada uşaqlara verilən yemək əsasən düyü, şorba, ət, tərəvəz yeməkləri olur.

İsveç bağçalarına keçək. Buranın əsas özəlliyi isə odur ki, İsveç bağçalarında uşaqlar vaxtlarının böyük əksəriyyətini küçədə keçirirlər. İsveçdə “çirkli uşaq xoşbəxt uşaqdır” devizi populyardır. Hər uşağın torpaqda eşələnmək, palçıqdan qala düzəltmək, bir sözlə, çəkinmədən çirklənmək üçün xüsusi geyimi var. İsveçdə elə bağçalar var ki, orada uşaqları qışda küçədə, yataq tulumlarında (ağzı bağlanan, isti, turistlər üçün nəzərdə tutulmuş praktik yorğanlar) yatırlar. Belə bağçalara gedən uşaqlar daha az xəstələnir. İsveçlilər erkən yaşlarından uşaqlara təbiəti qorumağı öyrədirlər. Xaricilərin uşaqları üçün bağçada tərcüməçi-tərbiyəçilər var. Burada uşaqların hansı cinsdən olmasına əhəmiyyət verilmir. İsveçdə çox oxumaq qəbul olunmur. Əksinə, uşağı çox gəzdirməyə əhəmiyyət verirlər. İsveçlilərin fikrincə, uşağı çox oxutmaqla onun uşaqlığını əlindən almaq mümkündür.