28.08.2026 - 09:19
Ölkə
57 baxış
Universitetlərdə təhsil haqları artdı: Tələbələr narahatdır
2026/2027-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrində bakalavriat səviyyəsində ixtisas seçiminin nəticələri açıqlanıb. Bu il 58,947 nəfər ali məktəblərə qəbul olunub.
Minval.info xəbər verir ki, artıq abituriyent adını qazanan və ödənişli ixtisaslarda təhsil alacaq tələbələr və onların valideynləri üçün əsas məsələlərdən biri illik təhsil haqqı məbləğidir. Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalında dərc olunan qəbul planlarına əsasən, bir sıra universitetlər bu il təhsil haqlarını artırıb.
Universitetlər üzrə təhsil haqqındakı artımlar aşağıdakı kimidir:
- Azərbaycan Texniki Universiteti – 100-300 manat;
- Bakı Mühəndislik Universiteti – 100-500 manat;
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti – 200-300 manat;
- Azərbaycan Turizm və Menecment Universiteti – 100 manat;
- Azərbaycan İdman Akademiyası – 500 manat;
- Sumqayıt Dövlət Universiteti – 100 manat;
- Lənkəran Dövlət Universiteti – 200-300 manat;
- Azərbaycan Kooperasiya Universiteti – 100-300 manat;
- “Azərbaycan” Universiteti – 300-500 manat;
- Bakı Avrasiya Universiteti – 200-300 manat.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
12.10.2026 - 17:54
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
12.10.2026 - 10:24
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
11.10.2026 - 16:44
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
10.10.2026 - 14:18
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
08.10.2026 - 15:18
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026
08.10.2026 - 15:03
Sabahın hava proqnozu açıqlandı
07.10.2026 - 13:48